Qobustan Qayaüstü İncəsənəti Mədəni Landşaftı

Sərgi Qobustan Qayaüstü Tarixi-Bədii Landşaft Kompleksinə ümumi baxışla yekunlaşır.
 

Otağın mərkəzində Qobustan Qayaüstü Tarixi-Bədii Landşaft kompleksinin üç ölçülü xəritəsi yer alıb. Bu xəritədə qismən ən maraqlı petroqliflərin yerini təsbit etmək mümkündür. Sensorlu ekran vasitəsilə Mağara və ibtidai sığınacaqların, İbtidai yaşayış məskənlərinin, Qəbirüstü təpəciklərin (kurqanlar), İnsan tərəfindən yaradılan oyuqların yerini bu 3 ölçülü xəritədə müəyyənləşdirmək olar.
 

Bu xəritə Qobustan qoruğunun rəqəmsal məlumat bazasının kiçik modelidir. Qoruq ərazisində yerləşən bütün abidələrin koordinatları GPS vasitəsilə müəyyənləşdirilib. Rəqəmsal xəritə üzərində həmin abidələr koordinatlarına uyğun şəkildə yerləşdirilir. Həmçinin abidənin fotosu, eskizi, saxlanma vəziyyəti, ölçüləri və s. informasiyalar qeyd olunur. Muzeydə isə bu məlumatlar 3D xəritə üzərində nümayiş olunur. Xəritə üzərində abidələrin təxmini yerləşmə nöqtəsini görmək mümkündür.

Video

Qobustan Qayaüstü İncəsənəti Mədəni Landşaftı
Qobustan Qayaüstü İncəsənəti Mədəni Landşaftı