
1. Ümumi müddəalar
1. Qobustan Milli Tarix-Bədii Qoruğu (bundan sonra Qoruq) Azərbaycan SSR Nazirlər Sovetinin 09 sentyabr 1986-cı iI tarixli 503 N-li Qərarı ilə yaradılmış elmi-tədqiqat idarəsi statusuna malik ərazidir. 2007-ci ildən Qobustan qayaüstü rəsmlərin madani landşaftı YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmişdir.
Qoruq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinda fəallyyət göstərir.
Qoruq tarix və mədəniyyət üçün böyük əhəmiyyəti olan, tarix və mədəniyyət abidələrinin, arxeoloji və memarlıq obyektlərinin, etnoqrafik, epiqrafik, antropoloji materiallarının, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan binaların, xatirə yerlərinin, əşyaların yerləşdiyi və dövlət tərəfindən mühafizə edilən ərazilər və məskənlərdir.
2. Qoruq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası "Tarix və Mədəniyyət abidələrinin qorunması haqqında”, "Mədəniyyət haqqında" Qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, qüvvədə olan digər normativ hüquqi aktları, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziriyinin əmrlərini, kollegiya qərarlarını və bu Əsasnaməni rəhbər tutur.
3. Qoruğun bütün ərazisi toxunulmazdır, onun istifadəsindədir və nəzarəti altındadır. Qoruğun ərazisinə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xəritə-sxemə əsasən Böyükdaş, Kiçikdaş, Çingirdağ dağları və onları əhatə edən sahələr (Ümumi sahəsi 4535 hektardır) və Şongardağ, Şıxqaya qayaüstü kolleksiyaları daxildir.
4. Qoruq dövlət büdcəsindən maliyyələşən təşkilatdır, xəzinə hesabına, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və öz adı həkk olunmuş möhürə, müvafiq künc ştamplarına və blanklara malikdir. Qoruğun öz emblemi var. Bayrağı və digər atributları ola bilər.
5. Qoruq fəaliyyətinə dair illik hesabatı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə təqdim edir.
6. Qoruq abidələrin təhlükəsizliyini, onların funksional təyinatını, memarlıq-estetik görünüşünü və uzunömürlülüyünü təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş sərhədlərindən və mühafizə zonasından ibarətdir.
7. Qoruğun ərazisi dünya əhəmiyyətli xüsusi mühafizə olunan tarix-mədəniyyət ərazilərinə aiddir. Bu ərazidə yerləşən tarix-mədəniyyət abidələri, torpaq, su, yerin təki bitkilər və heyvanat aləmi mövcud qanunvericiliyə əsasən təsərrüfat istifadəsindən və mülki dövriyyədən tamamilə və ya qismən çıxarılır və Qoruğun daimi istifadəsinə verilir.
II. Qoruğun vəzifələri və fəaliyyət istiqamətləri
8. Qoruq bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
8.1. Qoruq ərazisində dövlət nəzarətini həyata keçirir;
8.2. Qoruq sahəsinə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil edir və Qoruğun inkişafını təmin edir;
8.3. Qoruğun idarə edilməsi ilə bağlı müvafiq planlar hazırlayır, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirilyl ilə razılaşdırır və həyata keçirir;
8.4. Qoruğun ərazisi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə əməl etmək şərti ilə tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi, elmi tədqiqat, təlim-tərbiyə, turizm və istirahət (rekreasiya) məqsədləri üçün istifadə edilə bilər;
8.5. Tarix və mədəniyyət abidələrində konservasiya, inşaat-möhkəmləndirmə abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə layihə təkliflərini hazırlayır. Layihələr Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edildikdən sonra Qoruğun və layihə müəllifinin (müəlliflərinin) nəzarəti altında həyata keçirilir.
8.6. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin qərarı əsasında Qoruq sərhədləri daxilində abidələrin və tikililərin bərpa və təmirini planlaşdırır və təşkil edir, bu işlərin keçirilməsinə nəzarət edir, abidələr üçün hər hansı təhlükə yarada bilən təmir işlərinin aparılması ilə əlaqədar təhlükəsizlik tədbirlərini müəyyənləşdirərək müvafiq qaydada işlər görür;
8.7. Qoruq ərazisində yerləşən abidələrin və tikililərin inventarlaşmasını aparır, səlahiyyətləri daxilində Qoruğun pasportunu hazırlayır, qanunvericilikdə nəzərdə tutulmuş qaydada abidələr aşkar edilərsə, onların siyahıya və dövlət qeydiyyatına alınması üçün tədbirlər görür;
8.8. Qoruğun elmi fondları müddətsiz saxlanılır;
8.9. Qoruq ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunmasını və toxunulmazlığını təmin edir, onlardan istifada qaydalarının və Qoruğun mühafizə rejiminin pozulmasının qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görür;
8.10. Qoruq ərazisində turizmin inkişaf etdirilməsini, turist marşrutlarını müəyyən etməsini təşkil edir və bununla bağlı infrastrukturun yaradılmasını təşkil edir;
8.11. Bibliografik tədqiqatların, tarixi araşdırmaların, təbiəti mühafizə işinin aparılmasını təşkil edir, abidələrin aşkar edilməsi və öyrənilməsi, təbiətin qorunması üçün mütəxəssisləri cəlb edir;
8.12. Hər il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Mədəniyyət və Turizm Nazirliyi üzrə nəzərdə tutulmuş vəsait dairəsində abidələrin elmi, mədəni və tarixi əhəmiyyətini təbliğ edir, sərgilər, fotostendler, ekskursiyalar, mühazirələr təşkil edir, sənədli və qısametrajlı filmlərin çəkiliş və elmi-kütləvi ədəbiyyatın nəşri üçün müvafiq tədbirlər görür;
8.13. Qoruğun ərazisində qanunvericiliyə uyğun olaraq, arxeoloji qazıntı işlərinin aparılmasını müvafiq qaydada təşkil edir, abidələrin öyrənilməsinə, qazıntıların aparılmasına və bu növ digər işlərə nəzarət edir. Qoruğun ərazisində arxeoloji abidələrin qazıntısına və aşkar edilməsinə Azərbaycan Milli Elmlər Akademiyasının icazəsi olduqdan və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində qeydə alındıqdan sonra yol verilir. Arxeoloji qazıntı zamanı Qoruq ərazisində aşkar olunan tarix və mədəniyyət abidələri Qoruğun fonduna təhvil verilir;
8.14. Qoruğun ərazisində baş verə bilən fövqəladə halların qarşısının alırnması üçün tədbirlər görür;
8.15. elmi tədqiqatların aparılma metodları Qoruğun rejiminin tələblərinə zidd olmamalıdır. Aparılan işlərin nəticəsi olaraq, hazırlanmış elmi təkliflər tətbiq edilə bilər;
8.16. Qoruq gəlirindən mövcud qanunvericilik əsasında büdcəyə vergilər ödəyir;
8.17. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
III. Qoruğun xüsusi mühafizə rejiminin xüsusiyyətləri və ərazisində yerləşən abidələrdən istifadə qaydaları
9. Qoruğun ərazisində yerləşən tarix-mədəniyyət abidələrindən Azərbaycan Respublikasının qanunvericliyində və bu Əsasnamədə nəzərdə tutulmuş qaydada istifadə oluna bilər.
10. Qoruğun ərazisində yerləşən elmi, tarix, mədəniyyət əhəmiyyəti olan abidələr və təbii landşaft dövlət tərəfindən qorunur, onların bədii estetik görkəminin dəyişdirilməsi və onlar üçün təhlükə yarada biləcək hər hansı işlərin aparılması qadağandır.
11. Qoruğun ərazisində yerləşən abidələrdən və torpaqdan istifadə edən hüquqi və fiziki şəxslərlə abidələrin və istifadə etdiyi ərazinin qorunması üçün müəyyən olunmuş qaydada mühafizə müqavilələri bağlanılır.
12. Qoruq ərazisindəki rekreasiya zonalarını, yaşıllaşdırma sahələrini və nəqliyyat hərəkətini müvafiq qaydada təşkil edir. Abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların, eləcə də nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunması üçün təhlükə yaratdıqda, onların məhdudlaşdırılması və ya qadağan edilməsi üçün qanunvericiliyə uyğun qaydada tədbirlər görür.
13. Qoruğun ərazisində aşağıdakılar qadağandir:
13.1 tarix və mədəniyyət abidələrində konservasiya, inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə layihəsi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş bərpa və təmir işləri istisna olmaqla, hər hansı tikinti işlərinin aparılması;
13.2. tarix-mədəniyyət abidələrinə və təbii landşafta təhlükə yaradan hər bir fəaliyyət;
13.3. geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;
13.4. xüsusi ekoloji təhlükə yaradan kimya sənayesi, metallurgiya, nüvə energetikası və sair müəssisələrin fəaliyyəti;
13.5. müəyyən edilmiş yerlərdən kənar nəqliyyat vasitələrinin hərəkəti və dayanacaqların təşkili çadırların qurulması və tonqalların yandırılması
13.6. xüsusi mühafizəni təmin etmək üçün qoruğun təsdiq olunmuş sərhədlərinə bitişik olan torpaq və su sahələrində mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalar müəyyən edilə bilər. Bu zonaların torpaqlarında qoruğun fəaliyyəti ilə bağlı olmayan bina və qurğuların, xüsusi mühafizə olunan təbiət ərazilərinin təbiət komplekslərinə və obyektlərinə zərərli təsir göstərən hər hansı fəaliyyət qadağandır.
13.7. Qoruq ərazisində tarix, mədəniyyət, ekoloji, elmi, estetik, rekreasiya dəyərini aşağı sala bilən fəaliyyət növləri qanunvericiliklə müəyyən edilmiş qaydada məhdudlaşdırıla və yaxud qadağan edilə bilər.
IV. Qoruğun maliyyələşdirilməsi
14. Qoruğun maliyyələşdirmə mənbələri aşağıdakılardır:
14.1. dövlət büdcəsindən ayrılan vəsait;
14.2. qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına alınan gəlirlər;
14.3. dövlət, ictimai və digər təşkilatlardan, müqavilə əsasında keçirilən tədbirlərdən alınan gəlirlər;
14.4. hüquqi və fiziki şəxslərin verdikləri xeyriyyə vəsaitləri və ianələr.
V. Qoruğun hüquq və məqsədləri
15. Qoruğun əsas hüquq və məqsədləri:
15.1. Ərazisində yerləşən tarix-mədəniyyət abidələrini, təbii landşaftı qoruyub saxlayır;
15.2. Qoruğun ərazisində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin razılığı olmadan görülən hər hansı abadlıq, bərpa, rekonstruksiya, regenerasiya və təmir-tikinti işlərinin aparılmasına qadağa qoyur;
15.3. Qoruq ərazisində dövlət (bələdiyyə) mülkiyyətində olan abidələrin istifadəsinin, o cümlədən icarəyə verilməsinin mövcud qanunvericiliyə uyğunlaşdırılmasını təmin edir;
15.4. Qoruğun sərhədləri daxilində və mühafizə zonasında abidələr üçün hər hansı təhlükə yaratmayan inşaat-təmir işlərinin görülməsi müvafiq qanunvericiliyə əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə həyata keçirilir;
15.5. mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün təkliflər verir;
15.6. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb edir;
15.7. Qoruq ərazisində mədəni-kütləvi tədbirlərin keçirilməsində, müvəqqəti va daimi xidmətlər göstərən obyektlərin yaradılmasında, özəl və dövlət qurumları ilə müqavilə əsasında birgə fəaliyyətdə iştirak edir, müxtəlif növ pullu xidmətlər göstərməklə, qanunvericiliyə zidd olmayan gəlir əldə edir;
15.8. Qoruq müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni maarif, tədris tədbirlərinin təşkil edilməsi məqsədi ilə Elmi Şura yarada bilər. Şuranın tərkibi Qoruğun təklifi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilir.
VI. Qoruğun fəaliyyətinin təşkil
16. Qoruğun fəaliyyətinə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən vəzifəyə təyin və azad olunan direktor rəhbərlik edir.
17. Qoruğun direktoru qoruğa həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
18. Qoruğun baş fond mühafizi, direktor müavini və baş mühasibi direktorun təqdimatı ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən vəzifəyə təyin və azad edilir. Qoruğun digər işçiləri direktor tərəfindən vəzifələrə təyin və azad olunurlar.
19. Direktor:
19.1. Qoruğu bütün idarə, təşkilat və müəssisələrdə etibarnaməsiz təmsil edir;
19.2. Qoruğun işçiləri arasında vəzifə bölgüsünü aparır, intizam məsullyyatinə cəlb edir, əmək və icra intizamına nəzarət edir və onlara etibarnamələr verir;
19.3. Öz səlahiyyətləri daxilində əmr və sərəncamlar verir;
19.4. Qoruğun illik və perspektiv iş planlarının tərtib olurmasını təmin edir, elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə və Qoruq ərazisində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən tətbiq olunmuş xüsusi rejimə əməl edilməsi üçün tədbirlər görür;
19.5. müəyyən olunmuş qaydada ştat cədvəlinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə təkliflər verir;
20. Qoruq mühafizəçilərinin vəzifələri aşağıdakılardır:
20.1. inventar kitabına əsasən ona tapşırılmış tarix və mədəniyyət abidərinin mühafizəsinə cavabdehdir;
20.2. Qoruq abidələrinin toxunulmazlığının təmin edilməsi üçün müxtəlif təsvirlər və yazıların aparılmasına, razılıq olmadan qoruğun sərhədləri daxilində abidələrdən istifadə olunmasına, ərazisində od qalanmasına, müxtəlif məclislərin keçirilməsinə yol verməməli, üzərində tarixi yazılar, ornament, relyef və qayaüstü təsvirlər olan daşlara xüsusi diqqət yetirməli, abidədə olan dəyişikliklər, dağıntı və söküntülər, habelə ondan qanunsuz istifadə olunması barədə rəhbərliyə və müvafiq orqanlara xəbər verməli, abidənin mühafizə zonasında müxtəlif tikinti, torpaq və kənd təsərrüfatı, icazəsiz arxeoloji qazıntı işlərinin aparılmasına, ərazidə yeraltı, yerüstü partlayış işlərinə, abidələrin özbaşına ölçülməsinə, onlarda olan bədii təsvirlərin surətlərinin çıxarılmasına icazə verməməlidir.
20.3. Qoruq mühafizəçiləri respublikanın rayon və şəhərlərində abidələrin mühafizəsinə və istifadəsinə dair keçirilən bütün seminar və yığıncaqlarda iştirak edə, mədəniyyət işçilərinin təkmilləşdirmə kurslarında təhsil və təcrübə mübadiləsi keçə bilərlər.
21. Qoruğun strukturu və işçilərinin say həddi müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilir.
VII. Qoruğun fəaliyyətinin dayandırılması və ləğvi
22. Qoruğun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dayandırıla və yenidən təşkil edilə bilər.