Vestibül

Qobustan Milli Tarix Bədii Qoruğu 1966-cı ildə yaradılmışdır, 1967-ci ildən isə fəaliyyət göstərir. Qoruq 2007-ci ildə UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilmişdir. Qoruğun ərazisi 4.5 hektardan çoxdur, burada 5 dağda (Böyükdaş, Kiçikdaş, Cingirdağ, Şıxqaya, Şonqar) təxminən 6000 qayaüstü təsvir dövrümüzə gəlib çatmışdır. Qoruq ərazisində həmçinin, 20 sığınacaq (mağara) və 40 kurqan qeydə alınmışdır. Qoruğun yeni binası və ekspozisiyası 2011-ci ilin dekabrın 26-da Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən açılmışdır.Vestibül muzeyin və onun mövzusunun – petroqliflərin qonaqlara təqdim edildiyi yerdir. Qobustan petroqliflərinin rəsmlərini zalın divarlarında və tavanında görmək mümkündür. Rəsmlər həlqəvari zolaqlar şəklində düzülmüşlər və hər bir zolağın öz mövzusu var. Bu düzülüş canlı rəqsin hərəkətlərini və həyatın sonsuz dövranını təcəssüm etdirir. 

Video

Vestibül
Vestibül

Şəkil qalereyası