
Heyvanlar və ovçular
İbtidai insanlar heyvanlara yaxın yaşayırdılar. Heyvanlar onlar üçün yalnız qida deyil, həm də dini inanc, özünü eyniləşdirmə və dünya görüşlərinin ən vacib ünsürlərindən idilər. Bu otaqda heyvanlar fərqli şəkildə nümayiş etdirilir. Qobustanda aparılan qazıntılar zamanı aşkar edilən heyvan sümüklərini bu zalda görə bilərsiniz.
Öküz-turlar (Bos pimigenius) gərək ki, ibtidai insanlar üçün asan qənimət sayıla bilməyəcək nəhəng heyvanlar idilər. Bu gün onların nəsli kəsilsə də, bəzi alimlər qədim Öküz-turlara çox bənzəyən heyvanlar yetişdirməyə çalışmışlar. Qədim ovçular müasir qulanlar (Equus hemionus kulan) kimi vəhşi at və uzunqulaqları ovlamaq üçün pusqu taktikasından istifadə edirdilər. Ovçular daş ucluqlu nizələrdən və ya ucları odda çərtilmiş və bərkidilmiş adi taxta çubuqlardan istifadə edirdilər. Daş dövründə Qobustanda canavarlar sürülər üçün deyil, insanların həyatı üçün təhlükə təşkil edirdi, çünki öküz-turlar və qoyunlar hələ əhliləşdirilməmişdilər. İnsanlar canavarları dərisinə görə ovlayırdılar. İbtidai insanların heyvanlarla münasibətləri dini və sosial aspektləri ehtiva edirdi. Məsələn, Qobustanın qədim sakinləri bezoar keçilərini (Capra aegagrus) həm ovlayır, həm də petroqliflərində onlara sitayiş edirdilər. Paleolit dövrü insanlarının öküz-turları və vəhşi atları ovladığı kimi vəhşi donuzları (Sus scrofa) da ovlaması çox çətin olardı. Şübhəsiz ki, itin əhliləşdirilməsi, ox və kamanın ixtirası bu iş üçün çox faydalı olmuşdur. Biz ibtidai insanları mamont və maral ovlayarkən təsəvvür etməyi xoşlasaq da, çox vaxt onlar dovşan (Lepus europaeus) kimi daha iddiasız ovlarla kifayətlənirdilər. Arxeoloqlar çox vaxt ibtidai insan məskənlərində heyvan sümükləri tapırlar. Lakin qədim insanların yalnız ət və ya çoxlu ət yediyi güman edilməməlidir. Sadəcə sümüklər torpaq üzərində yarpaq, taxıl və ya meyvədən daha çox qalır. İbtidai insanlar çox vaxt vegetarian qidalardan, məsələn fındıqdan (Corylus avellana) istifadə edirdilər.