Qədim dövr insanlarının həyatı

Qobustan petroqlifləri ilə məşhurdur, lakin onları yaradan insanlar burada yalnız təsvirləri qayalara həkk etmək üçün yaşamırdılar. Onlar gecələmək üçün sığınacaqlar tikmiş, ərzaq toplamış, heyvan ovlamış, alət və paltar hazırlamış, uğurlarını qeyd edib, itkilərinə kədərlənmişlər. Onların incəsənətini daha yaxşı anlamaq üçün həyat tərzlərinə daha yaxından bələd olmaq lazımdır. Daş dövrü insanlarının gündəlik həyat tərzi orijinal artefakt sərgilənməsi ilə, bəzi məqamları isə bədii təsvirlərlə nümayiş etdirilir.
 

 Stendlərdə Daş əmək alətlərinin hazırlanması haqda məlumat yerləşdirilib.
İskənə. Bu qopardılmış daşın forması onun nəyisə kəsmək və doğramaq üçün nəzərdə tutulduğunu güman etməyə əsas verir. İskənə ən qədim daş alətlərdəndir. Qədim dövrün daş əmək alətləri əsasən daşlardan qəlpələr qoparılmaqla hazırlanırdı. Daşın özü kimi bu qəlpələrdən də alət kimi istifadə edilirdi.  İskənə kimi  erkən daş alətlərin əksəriyyəti də çay qırağında və ya dəniz sahilində rast gəlinən çınqıllardan hazırlanırdı. Daş dövrü azı bir neçə yüz min il davam etmişdir və bu müddət ərzində istehsal texnologiyası da dəyişmişdir.
 

Belə hesab olunur ki, daş dövrünə aid alətlərin əksəriyyəti çox funksiyalı idi və müxtəlif işlər üçün istifadə edilirdi. Odur ki, konkret bir artefaktın Qədim dövrdə insanlar tərəfindən necə istifadə edildiyini müəyyən etmək hər zaman mümkün olmur. Bununla belə, formalarına, eləcə də, arxeoloji və etnoqrafik məlumatlara baxmaqla, onların funksiyası barədə fikir yürütmək olar.
Biz. Güman edilir ki, Qədim dövrdə insanların istifadə etdikləri ilk alətlər daşdan deyil, sümük və ağacdan hazırlanırdı. Lakin daşın daha gec məhv olan bir material olduğu ortaya çıxmışdır və nəticədə, insanın mövcudluğunun bir neçə tarixi mərhələsini əhatə edən bir dövrə Daş dövrü adı verilmişdir. Daşdan hazırlanan bizlər də var idi . Bütün digər bizlər kimi onlardan da dəri və ya oxşar materialları deşmək üçün istifadə edilirdi. 
Qaşov. Qaşov, məsələn, dərilərin təmizlənməsi, petroqliflərin hazırlanması üçün istifadə edilən daha bir universal alətin adıdır. Daş iskənə və qaşovlardan sapsız (dəstəksiz, qulpsuz) istifadə edilə bilərdi.
Kərki. Bu daş alət sapa bərkidilə və ağacdan (məsələn, ağacın qabığı təmizlənməklə) qayıq, yaxud başqa taxta məmulat hazırlamaq üçün istifadə edilə bilərdi.
Bıçaq. Qədim dövrdə bıçaqlar daşın çapılması zamanı yaranan qəlpələrdən istifadə edilməklə hazırlana bilərdi. Onlar dişəklənir və itilənirdi. Daş bıçaqların bəziləri taxta qulplara bərkidilirdi.
Balta. Daş balta müəyyən dərəcədə Daş dövrünün rəmzidir. Sapa bərkidilmiş bu balta doğrana bilən hər şeyi doğramaq üçün istifadə edilirdi. Əsas funksiyası dəyişməsə də, Paleolit dövrünə aid kobud baltalarla Neolit dövrünün simmetrik və cilalanmış baltaları arasında böyük fərq var idi. 

Video

Qədim dövr insanlarının həyatı
Qədim dövr insanlarının həyatı