Təhlükəsİzlİk və zİyarət qaydaları

Qoruq ərazisində təhlükəsizlik qaydaları
 

1. Ekskursiya marşrutundan kənara çıxmaq qadağandır.
2. Ekskursiya marşrutunda futbol, valeybol, basketbol və s. idman oyunları oynamaq qadağandır.
3. Ekskursiya marşrutuna qida məhsullarının aparılması qadağandır.
4. Ekskursiya marşrutuna velosiped, motosiklet, at və digər minik vasitələri ilə daxil olmaq qadağandır.
5. İri qayaların üstünə çıxmaq qadağandır.
6. Qayaüstü təsvirlərə toxunmaq qəti qadağandır.
7. Qayaların üzərini cızmaq və yazmaq qəti qadağandır.
8. Qoruq ərazisində avtomobillə yüksək sürətlə hərəkət etmək olmaz.
9. Qoruq ərazisində sakitliyə riayət edin (qışqırmaq, səs gücləndirici vasitələrdən istifadə qəti qadağandır).
10. Qoruğun ərazisində samovar və manqaldan istifadə etmək, ocaq qalamaq qəti qadağandır.
11. Valideyn və müəllimlərin nəzərinə! Az yaşlı uşaqları nəzarətsiz buraxmayın.
12. Xahiş edirik ki, qoruq ərazisində təmizliyə riayət edəsiniz.
13. Qoruq ərazisinə iri və xırda buynuzlu mal-qara girişi qadağandır.
14. Qoruq ərazisinə icazəsiz yük maşınlarının girişi qadağandır.
15. Qoruğun nadir flora və faunasını qoruyun! (ağacları kəsmək, sındırmaq, meyvə və budaqlarını qırmaq, gülləri dərmək, heyvan və həşəratlara toxunmaq, onları məhv etmək qəti qadağandır)
16. Qoruq ərazisində ovçuluq etmək qəti qadağandır.
17. Qoruq ərazisində icazəsiz videoçəkiliş aparmaq qadağandır.

 

Muzeyi ziyarət qaydaları.
 

1. Muzey binasında sakitliyə riayət edilməlidir.
2. Sərxoş halda muzey binasına daxil olmaq qəti qadağandır.
3. Muzey binasına ev heyvanları (it, pişik və s.) ilə daxil olmaq qəti qadağandır.
4. Ekspozisiya zallarında maketlərə və heyvan müqəvvalarına toxunmaq olmaz.
5. Ekspozisiya zallarına daxil olmazdan əvvəl üstünüzdəki əlavə əşyaları( çanta, gödəkçə və paltolarınızı) qarderoba verin.
6. Peşəkar məqsədlər üçün şəkil çəkmək üçün icazə almaq lazımdır.