XƏBƏRLƏR

Qobustan Milli Tarix- Bədii Qoruğu Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

Qobustan Milli Tarix-Bədii Qoruğu Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb. Böyük zəfər gününün yaxında olduğuna inanan qoruğun kollektivi müzəffər Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarından və Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyindən qürur və fəxarət hissi duyur. Bu şərəfli yolda dövlət başçısının ətrafında sıx birləşərək Azərbaycan Ordusu ilə həmrəyliyini ifadə edir.