XƏBƏRLƏR

Qobustan qoruğunun yaradılmasından 54 il ötür

Qobustan qoruğunun yaradılmasından 54 il ötür
Sentyabrın 9-da Qobustan Milli Tarix-Bədii qoruğunun yaradılmasının 54-cü ildönümü münasibəti ilə videokonfrans keçirilib. Konfransı giriş sözü ilə açan qoruğun direktoru Vüqar İsayev Qobustan abidələrinin kəşfi, burada aparılan qazıntı işləri, abidənin qorunması, saxlanması və təbliği istiqamətində görülən işlərdən danışıb. Qobustanı xalqımızın dünəni, bu günü və gələcəyə əmanəti adlandıran natiq qoruq əməkdaşlarının bu əmanətin qorunub saxlanılması və təbliği işində keçmiş, indiki və gələcək nəsillər qarşısında məsuliyyətini dərk etdiyini vurğulayıb. Ulu əcdadlarımızın yadigarı olan bu abidə vasitəsi ilə ölkəmizin dünya miqyasında təmsil olunması işinin layiqincə davam etdiriləcəyini diqqətə çatdırıb.
Qobustanda aparılan elmi tədqiqat işləri, yeni layihələr və nailiyyətlər mövzusunda çıxış edən qoruğun Elmi ekspozisiya şöbəsinin aparıcı elmi işçisi Sevinc Şirinli hazırda qoruq ərazisində aparılan tədqiqat işləri barədə məlumat verib.