XƏBƏRLƏR

Qobustan Milli Tarix- Bədii Qoruğunda 25-28 may tarixlərində "açıq qapı" günləri təşkil olunacaq.

Qobustan Milli Tarix-Bədii Qoruğunda 28 May - Respublika Günü və Ramazan bayramı münasibəti ilə yaranmış qeyri-iş günlərində vətəndaşların asudə vaxtlarının səmərəli təşkili və Qobustan abidələri ilə yaxından tanışlıq üçün sərbəst giriş imkanının yaradılması məqsədi ilə 25-28 may tarixlərində “açıq qapı” günləri təşkil olunacaq.
Ziyarətçilər qoruğu Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydaları və metodiki göstərişlərinə əsasən 10 nəfərdən artıq olmayan qruplarla, sosial məsafə və sanitar-epidemioloji qaydalara əməl etmək şərti ilə ziyarət edə bilərlər.
Qoruq ərazisinə daxil olarkən maska və digər qoruyucu vasitələrdən istifadə mütləqdir.