XƏBƏRLƏR

Qobustan Milli Tarix- Bədii Qoruğunun fəaliyyəti bərpa olunub.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 18 may 2020-ci il saat 00:00-dan etibarən Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə qərarına uyğun olaraq Qobustan Milli Tarix- Bədii Qoruğunun fəaliyyəti bərpa olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydaları və metodiki göstərişlərinə əsasən ziyarətçilər qoruğu 10 nəfərdən artıq olmayan qruplarla, sosial məsafə və sanitar-epidemioloji qaydalara əməl etmək şərti ilə ziyarət edə bilərlər.
Qoruq ərazisinə daxil olarkən maska və digər qoruyucu vasitələrdən istifadə mütləqdir.