XƏBƏRLƏR

Qobustan Milli Tarix Bədii qoruğunun təşkilatçılığı ilə 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş videoseminar keçirilmişdir

Qobustan Milli Tarix Bədii qoruğunun təşkilatçılığı ilə 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş videoseminar keçirilmişdir.
Videoseminarda Qobustan Milli Tarix-Bədii qoruğunun direktoru Vüqar İsayev, Avropa Şurası “Qədim Qayaüstü İncəsənət İzləri” Mədəni Marşrutunun koordinatoru Ramon Montes Barquin(İspaniya), Foz Coa muzeyi və Coa dərəsi arxeologiya parkının texniki və elmi koordinatoru Thierry Aubry (Portuqaliya), Madrid Complutense Universitetinin professoru Marcos Garcia Diez (İspaniya), Ferrara Universitetinin Fəlsəfə Doktoru Dario Sigari (İtaliya) təqdimatla çıxış ediblər.
Seminarda qayaüstü incəsənət sahəsində son arxeoloji tədqiqatlar, qayaüstü incəsənət abidələrinin idarə edilməsi kimi mövzular müzakirə edilib.