XƏBƏRLƏR

Qobustanda Novruz

18.03.2015-ci il tarixində Qobustan Milli Tarix Bədii qoruğunda “Qobustanda Novruz” adlı tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə və müəllimləri, o cümlədən Qala, Atəşgah, Yanardağ, Pir Hüseyn xanəgahı qoruqları, Xalça muzeyi və C.Məmmədquluzadənin ev muzeyinin əməkdaşları iştirak etmişdir. İlk öncə tədbir iştirakçıları Qobustan muzeyi və abidələri ilə tanış olmuş, daha sonra onlara Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri tərəfindən Yallı rəqsi təqdim olunmuşdur. Qoruğun direktoru Məlahət Fərəcovanın salamlama və təbrik nitqindən sonra, AMEA-nın Folklor İnstitutunun dosenti Şakir Albalıyev Novruz bayramının elmi-fəlsəfi mahiyyəti haqqında məlumat vermişdir. Tədbirin bədii hissəsini Bülbül adına orta ixtisas məktəbinin yetirmələri öz ifaları ilə işıqlandırmışdır.