XƏBƏRLƏR

Qobustan Milli Tarix-Bədii Qoruğu Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Qobustan Milli Tarix- Bədii Qoruğunun əməkdaşlarının təşəbbüsü ilə Azərbaycan Respublikasında Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsinə dəstək göstərilməsi qərara alınıb. Bu məqsədlə Koronavirusla Mübarizəyə Dəstək Fonduna qoruq tərəfindən vəsait köçürülüb.