XƏBƏRLƏR

Qobustan Milli Tarix-Bədii Qoruğunda Səhiyyə Nazirliyinin müvafiq qurumlarından dəvət olunmuş mütəxəssislər tərəfindən Koronavirus və onunla mübarizə metodları, tibbi-profilaktik tədbirlər barədə əməkdaşlar arasında maarifləndirmə işləri aparılıb

Azərbaycan Respublikası Mədəniyyət nazirinin 06 mart 2020-il tarixli əmri ilə təsdiq olunmuş, "Koronavirus (CoVİD-19) infeksiyasının mədəniyyət müəssisələrində yarada biləcəyi təhlükənin qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi üzrə Tədbirlər Planı"nın icrası ilə əlaqədar Qobustan Milli Tarix-Bədii Qoruğunda sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirlər həyata keçirilir.Qoruq dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunub, Səhiyyə Nazirliyinin müvafiq qurumlarından dəvət olunmuş mütəxəssislər tərəfindən virus və onunla mübarizə metodları, tibbi-profilaktik tədbirlər barədə əməkdaşlar arasında maarifləndirmə işləri aparılıb