XƏBƏRLƏR

Qobustan Milli Tarix- Bədii Qoruğunun əməkdaşları "Azərbaycanın mədəni marşrutlar potensialı" mövzusunda keçirilən Respublika müşavirəsində iştirak ediblər

Qobustan Milli Tarix- Bədii Qoruğunun əməkdaşları- qoruğun direktoru Vüqar İsayev, Ekspozisiya şöbəsinin müdiri Sabir Nəzirov, Qoruğun inkişafı və innovasiya şöbəsinin müdiri Şəbnəm Yusifova, elmi katib Rəhman Abdullayev, abidə mühafizəçiləri Şəfiqə Ağayeva və Firuzə Məmmədova "Azərbaycanın mədəni marşrutlar potensialı" mövzusunda keçirilən Respublika müşavirəsində iştirak ediblər. Müşavirədə qoruğun elmi katibi Rəhman Abdullayev "Qədim qayaüstü incəsənət izləri" marşrutu üzrə təqdimatla çıxış edib.Qobustan abidələrindən bəhs edən nəşrlərdən ibarət sərgi müşavirə iştirakçıları tərəfindən maraqla qarşılanıb.