XƏBƏRLƏR

Qobustan Milli Tarix- Bədii Qoruğunun kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və qarşıdan gələn Yeni ili qeyd edib.

Qobustan Milli Tarix-Bədii Qoruğunun kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və qarşıdan gələn Yeni ili qeyd edib.Tədbirdə Qoruğun direktoru Vüqar İsayev çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni - 2020-ci il münasibəti ilə kollektivi təbrik edib, kollektivə yeni ildə yeni-yeni uğurlar, nailiyyətlər arzulayıb, "İlin ən yaxşı işçisi" nominasiyası üzrə qalib olan qoruq əməkdaşları - Gülnar Qafarovaya və İldırım Zərbəliyevə təşəkkürnamə və pul mükafatlarını təqdim edib.Tədbir konsert proqramı ilə davam edib.