XƏBƏRLƏR

Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayevin başçılığı ilə qoruq əməkdaşlarından ibarət nümayəndə heyəti İspaniyada işgüzar səfərdə olub.

Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayevin başçılığı ilə qoruq əməkdaşlarından ibarət nümayəndə heyəti İspaniyanın YUNESKO Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Levant qayaüstü incəsənət ənənəsinin xarakterik abidələrinin təmsil olunduğu La Valltorta muzeyi və Al Barrakin Rio Martin milli parkında işgüzar səfərdə olmuşdur. Səfər zamanı iki qoruq və muzey arasında qayaüstü incəsənətin öyrənilməsi, qorunması və təbliği sahələrində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
Muzey və qayaüstü incəsənət abidələri ilə tanış olduqdan sonra La Valltorta muzeyinin direktoru Pilar Vidal Monferrerlə görüş zamanı açıq hava qayaüstü incəsənət abidələrinin qorunması, konservasiya və restavrasiyası, həmçinin qoruqların idarə olunması və administrativ məsələlər barədə müzakirələr aparılmışdır.
PRAT-CARP Avropa Qayaüstü İncəsənət təşkilatının tamhüquqlu üzvü olan Qobustan Milli Tarix-Bədii qoruğu bu təşkilat çərçivəsində İspaniyanın müvafiq qoruq və muzeyləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri qurmuşdur.