XƏBƏRLƏR

Azərbaycan Milli Elmlər Akademiyasının təşkil etdiyi "Qayaüstü mədəniyyət: mif,rəsm və dünya" mövzusunda beynəlxalq elmi seminar öz işini 9 Noyabr 2019-cu il tarixində Qobustan Milli Tarix- Bədii Qoruğunda davam etdirib.

Azərbaycan Milli Elmlər Akademiyasının təşkil etdiyi "Qayaüstü mədəniyyət: mif,rəsm və dünya" mövzusunda beynəlxalq elmi seminar öz işini 9 Noyabr 2019-cu il tarixində Qobustan Milli Tarix- Bədii Qoruğunda davam etdirib. Əvvəlcə Qobustan ərazisindəki palçıq vulkanları ilə tanış olan seminar iştirakçıları Qobustan Milli Tarix- Bədii qoruğunda yaradılmış muzeyin ekspozisiyasında nümayiş olunan eksponatlara və açıq səma altındakı qayaüstü təsvirlərə tamaşa etmişlər. Qobustan qayaüstü təsvirləri ilə tanışlıq seminar iştirakçılarında böyük maraq yaratmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Qobustan qayaüstü rəsmlərini bu torpaqlarda yaşayan ulu babalarımızın həyatı və fəaliyyətinin daş salnaməsi adlandırmış, qayaüstü mədəniyyətin insanlığın inkişaf tarixinin karvan yolu olduğunu bildirmişdir. Yerli alimlərlə yanaşı Rusiya Qazaxıstan, Moldava, Qırğızıstan, Tacikistan və digər ölkələrdən gəlmiş alim və mütəxəssislərin iştirak etdiyi bu seminarın Qobustanda keçirilməsinin əhəmiyyətini vurğulayan Qobustan Milli Tarix -Bədii Qoruğunun direktoru Vüqar İsayev belə tədbirlərin dövlətlərarası elmi əməkdaşlığın inkişafına xidmət etməklə, qayaüstü təsvirlərin öyrənilməsi işinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib. Seminar mövzu ətrafında müzakirələrlə davam etdirilib, iştirakçıların sualları cavablandırılıb. Sonda seminar iştirakçılarına Qobustan Milli Tarix- Bədii Qoruğu adından hədiyyələr təqdim olunub.
/////////