XƏBƏRLƏR

Şri-Lanka Demokratik Sosialist Respublikasının Xarici İşlər naziri Tilak Marapana Qobustan Milli Tarix-Bədii Qoruğunda olub

Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Şri-Lanka Demokratik Sosialist Respublikasının Xarici İşlər naziri Tilak Marapana Qobustan Milli Tarix-Bədii Qoruğunda olub. Muzeyin ekspozisiyası ilə tanış olan, qayaüstü təsvirlərə tamaşa edən qonağa Qobustan abidələri haqqında ətraflı məlumat verilib.
Xatirə kitabına bu heyrətamiz tarixi məkanı ziyarət etməkdən məmnunluğunu ifadə edən ürək sözlərini yazan cənab Tilak Marapana qoruqdan xoş təəssüratlarla ayrılıb