XƏBƏRLƏR

Qobustan Qoruğu əməkdaşlarının həmmüəllifi olduqları "Gobustan Rock Art Cultural Landscape (Azerbaijan)" adlı məqaləsi Qlobal Arxeologiya Ensiklopediyasında dərc olunub

Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşları Sevinc Şirinli, Rəhman Abdullayev və İtaliyalı arxeoloq Dario Sigarinin birgə hazırladığı "Gobustan Rock Art Cultural Landscape (Azerbaijan)" adlı məqaləsi nüfuzlu beynəlxalq nəşriyyat olan "Springer" nəşriyyatının Qlobal Arxeologiya Ensiklopediyasında dərc olunub. Məqalədə müəlliflərin Qobustan qayaüstü təsvirləri haqqında tədqiqatları öz əksini tapıb.