XƏBƏRLƏR

Novruz tətili günlərində Qobustan qoruğu xeyli turist qəbul edib.

Qobustan Milli Tarix-Bədii Qoruğunda Novruz bayramı münasibətilə bayram şənlikləri təşkil olunub. Bir neçə gün davam edən bayram proqramında açıq səma altında bayram yarmarkaları fəaliyyət göstərib. Novruz tətili ilə bağlı ziyarətçilərin gəlişində yaranan artımla əlaqədar xarici və yerli turistlərin istirahətini təmin etmək üçün Qobustan qoruğu kollektivi gücləndirilmiş iş şəraitində qonaqları qəbul edib.
Ziyarətçilərə qoruqda təşkil olunan yarmarkada çoxlu sayda milli təamlardan dadmaq, milli adət-ənənələrimizi, mədəniyyətimizi təbliğ edən müxtəlif geyim və suvenirlərlə tanış olmaq imkanı yaradılıb.
Bayram yarmarkası 26 mart tarixinədək turistləri qəbul edib.