XƏBƏRLƏR

Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşları Novruz bayramını qeyd edib.

Yazın gəlişi bir sıra xalqlarda yeni ilin başlanğıcı kimi qeyd olunmaqdadır. Təqvim üzərində ilin gəlişi 1 yanvar tarixinə təsadüf etsə də, təzə il öz qədəmlərini məhz mart ayının 21-də qoyur. "Novruz" xalqımızın milli adət-ənənələrini özündə saxlayan və nəsildən-nəslə ötürən ən gözəl bayramlarımızdandır. Bu münasibətlə Qobustan qoruğunda da bayram şənliyi təşkil olunub. Baharın ilk qədəmlərini Qobustanda qarşılayan qoruq kollektivi bir-birini təbrik edib, tonqal ətrafına toplaşaraq ən xoş arzularını bölüşüblər. 

Şənliyin təşkilində başda Qoruğun direktoru Vüqar İsayev olmaqla, əməyi keçən hər kəsə təşəkkürümüzü bildirir, xalqımızı bu əlamətdar bayram münasibətilə təbrik edirik.