XƏBƏRLƏR

Sağlamlıq imkanları məhdud uşaqlar üçün Qobustan Qoruğunda Novruz şənliyi təşkil olunub.

Qaradağ rayon Sahil qəsəbəsində yerləşən Emin Quliyev adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin şagirdlərinə Qobustan qoruğunda bayram şənliyi təşkil olunub. Qonaqları qarşılayan Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev bayram münasibətilə onları təbrik edərək məktəblilərə ürək sözlərini bildirib. Müəllim heyəti ilə birgə Qoruğa dəvət olunan məktəbli qonaqlara Qoruq ərazisinə ekskursiya təşkil olunub. Qobustanın tarixi və mədəniyyəti, qayaüstü təsvirləri  və muzey ilə ətraflı tanışlıqdan sonra şagirdlər Novruzun gəlişi münasibətilə hazırlanmış bayram süfrəsinə dəvət olunub. Qonaqlarla xatirə şəkilləri çəkilib.