XƏBƏRLƏR

Albaniyanın sabiq prezidenti Rexhep Meidani bu gün Qobustan Qoruğunu ziyarət edib.

14-16 mart tarixlərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən VII Qlobal Bakı forumunda iştirak edən Albaniyanın eks-prezidenti bu gün Qobustanda olub. Qoruğu ziyarət edən R.Meidani bundan əvvəl də Azərbaycana gəldiyini, Bakı, Gəncə və Qəbələyə səyahət etdiyini bildirib. Əvvəlki səfərində Qobustanda olmasa da, lakin Qobustan qayaüstü təsvirləri haqqında dolğun məlumatlara sahib olması məlum olub.
R.Meidani Albaniya Azərbaycan arasındakı dostluq və siyasi-iqtisadi münasibətlərin tarixindən, ümummilli lider Heydər Əliyevlə yaxın münasibətlərindən də bəhs edib. Eks-prezidentlə xatirə şəkilləri çəkilib.