XƏBƏRLƏR

Bosniya və Hersoqovinanın eks-prezidenti, Rəyasət Heyətinin sədri Mladen İvanıç Qobustan qoruğunu ziyarət edib

Qoruğu ziyarət edən M.İvanıç bu tarixi məkan haqqında təəssüratlarını bölüşdü. Əslində Bakıya forum üçün gəldiyini bildirən sədr 10 il əvvəl də Bakıda olduğunu, əvvəlki səfəri ilə indiki səfəri arasında gözlə görüləcək dərəcədə böyük inkişafın olduğunu qeyd edib. "Qobustan haqqında Xorvatiya Prezidentindən ilk dəfə məlumat almışdım. Azərbaycanda məhz belə bir qədim məkanın olduğunu öyrənəndə Bakıya səfərimdə mütləq bu ərazini ziyarət etməyi qarşıma məqsəd qoydum. Qobustan, həqiqətən də, heyrətamiz məkandır... Şərq ölkələrinə, xüsusilə də Azərbaycana xüsusi marağım var. Sizin adət-ənənələriniz diqqətimi hər zaman cəlb edib. İnsanlarınız qonaqpərvər və istiqanlıdır" - M.İvanıç bildirib.
Qoruğu ziyarət edib qayaüstü təsvirlərlə tanış olduqdan sonra M.İlanıç ilə xatirə şəkilləri çəkilib.