XƏBƏRLƏR

Qobustan Milli Tarix Bədii qoruğunda Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Qobustan Milli Tarix Bədii qoruğunda müasir tarixin ən dəhşətli hadisələrindən biri olan Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Qoruğun direktoru Vüqar İsayev bildirib ki, Xocalı qətliamı Azərbaycan xalqına qarşı ötən əsrdə sistemli şəkildə aparılmış etnik təmizləmə və soyqırım siyasətinin nəticəsidir. Qeyd edilib ki, silahsız mülki insanların, qocaların, qadınların, xəstələrin, uşaqların, bütöv ailələrin dəhşətli işgəncələrlə məhv edilməsi tək Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı yönəlmiş düşmənçilik və terror aktıdır.

Tədbirdə Azərbaycanın suverenliyi, ərazisinin toxunulmazlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Sonda Xocalı faciəsini əks etdirən videoçarx nümayiş olunub.