XƏBƏRLƏR

ABŞ-ın nüfuzlu elmi portalı Qobustan haqqında xəbər yayımlamışdır

ABŞ-ın nüfuzlu sciensnews.org saytında Qobustanda aşkar olunmuş Tunc Dövrü oyununun izlərindən bəhs edən xəbər yayımlanmışdır. 2018-ci ilin yazında Azərbaycanda səfərdə olarkən amerikalı arxeoloq, Tunc Dövrü masaüstü oyunlarının tədqiqatçısı Uolter Krist qoruğun abidələri ilə tanış olmuşdur. Qobustan Milli tarix bədii qoruğunun əməkdaşları qonağa Cingirdağ dağında və Böyükdaş dağının aşağı səkisində yerləşən, qədim oyunların oynanılması üçün çəkildiyi güman edilən kiçik ölçülü çalalardan ibarət nümunələri də göstərmişlər.

Müxtəlif formalarda olan çala qruplarında oynanılan oyunların da müxtəlif variantları olmuşdur. Böyükdaş dağının aşağı səkisində yerləşən nümunə 58 çaladan ibarətdir və e.ə II minillikdə Misir, Mesopotamiya və Kiprdə geniş yayılmışdır.

https://www.sciencenews.org/article/bronze-age-game-found-chiseled-stone-azerbaijan